banner
banner

Gündəm

Bütün Amerika bizdən danışır

Bütün Amerika bizdən danışır

Bu gün ABŞ-ın bir sıra ştat və şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib. 
Cia.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan daxil olan məlumata görə, Azərbaycanın Respublika Günü ilə əlaqədar təbriklərə ABŞ-ın daha altı Qərb ştatı, eləcə də Kaliforniyanın yeddi şəhəri də qoşulub. Bununla bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamələrdə 28 may tarixi həmin ştat və şəhərlərdə rəsmən “Azərbaycan Milli Günü” elan edilib.

Havay ştatının qubernatoru Deyvid İge və Nyu Meksiko ştatının qubernatoru Suzana Martinez tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycanın mütərəqqi inkişaf yolundan bəhs edilərək, bu əlamətdar gün münasibətilə sözügedən ştatlarda 28 may tarixinin “Azərbaycan Milli Günü” elan edildiyi qeyd olunub.

Kaliforniyanın Örvayn, San Dieqo, San Xose, Santa Monika, Sout Qeyt, Stokton və Torrens şəhərlərində də eyni şəkildə, 28 may tarixi “Azərbaycan Milli Günü” elan olunub. Belə ki, sözügedən şəhərlərin ən yüksək idarəetmə orqanı olan şəhər şuraları tərəfindən bununla bağlı müvafiq bəyannamələr qəbul edilib. 

Həmçinin, ABŞ-ın Yutah ştatının paytaxtı Solt Leyk şəhərinin meri və Şəhər Şurası tərəfindən oxşar bəyannamə qəbul edərək, burada da Respublika Günümüz “Azərbaycan Milli Günü” elan edilib.

Vaşinqton ştatının qubernatoru Cey İnsli və Oreqon Ştat Senatının sədri Peter Kortni Azərbaycanın bayram sevincinə Baş Konsulluğa göndərdikləri geniş təbrik məktubları ilə qoşulub. P.Kortni məktubunda Azərbaycanın sürətli inkişafını və beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizədə ABŞ-a göstərdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

Arizona ştatından olan ABŞ konqresmeni Kirsten Sinema isə 28 mayı ştat paytaxtı Finiks şəhərini və digər mühüm şəhərləri əhatə edən öz seçki dairəsində “Azərbaycan Milli Günü” elan edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.