Müğənni Hülya Avşar baş rolda kimin çəkiləcəyi hələ məlum olmayan “Kösəm Sultan” serialında Safiye Sultan obrazını canlandıracaq. Prodüser Timur Savcı sənətçi ilə artıq müqavilə də imzalayıb. Serial sentyabrda ekranlara gələcək.
Qeyd edək ki, ekran işində baş rolu – Mahpeykər Kösəm Validə Sultanın obrazını canlandıracaq aktrisa axtarışları hələ də davam edir. Bu rol üçün Beren Saat, Bensu Soral və Sibel Kekilli kimi aktrisaların adları çəkilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.