Rusiyanın Xarici İşlər naziri Amerika Birləşmiş Ştatları ilə münasibətlərindən söz açıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyaya səfər etmiş Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid əl-Nahyan ilə görüşüb. Görüşdə bir sıra məsələlərə toxunan nazirlər, Yaxın Şərqdəki vəziyyyəti də müzakirə ediblər.
Rusiyalı nazir Suriyada milli birliyi təmin etmək üçün ABŞ-la dialoqları davam etdirəcəklərini, eləcə də ABŞ-ın Suriyada müxalif qüvvələrə verdiyi dəstəyin müsbət nəticə vermədiyini bildirib.
“Son illərin təcrübəsi onu göstərir ki, silah, pul şəklində kömək alan əcnəbi əsgərlər tərəfindən təlim keçirilərək yetişdirilən müxalif qruplar axırda xain çıxırlar, terrorçuların sırasına qoşulurlar. Buna görə də biz Suriyada müxalifətin dəstək olunmasını uyğun görmürük”, – deyə S.Lavrov ABŞ-ın bu sahədə siyasətini tənqid edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.