Ukraynanın prezidenti Petro Poroşenko seçilməsinin 1-ci ildönümü münasibəti ilə tele-kanallardan birində “Poroşenkonun ili” adlı proqramda çıxış edib. Poroşenko atəşkəs və sərhəd pozulacağı təqdirdə müharibə mövqeyinə keçəcəyini bildirib. “Əgər atəşkəs pozulsa, sərhəd keçilsə və Ukrayna silahlı qüvvələri hücuma məruz qalsa o anda ölkədə müharibə vəziyyəti elan edəcəyəm”.
Ötən ildən bəri şərqdə vəziyətin tamamilə dəyişildiyini deyən Ukrayna prezidenti, döyüş təcrübəsi olan minlərlə rus silahlısının Ukrayna torpaqlarına girdiyini, bununla yanaşı müharibənin gedişinin dəyişildiyini, Rusiyanın dəstəklədiyi və nəzarət etdiyi separatçılarla döyüşün Rusiya ilə müharibəyə çevrildiyini bildirib.
Rusiyanın ilkin mərhələdə Ukraynanın Xarkov, Dneprpetrovsk, Donetsk, Luqansk, Zaparojye, Xerson, Nikolayev, Odessa və Krımdan ibarət 9 bölgəni “Novorusiya” tavanı altında birləşdirmək istədiyini deyən Poroşenko bunun uğursuz olduğunu qeyd edib.
“Novorusiya layihəsi rəsmən uğursuzluğa düçar oldu. Ukrayna birliyini nümayiş etdirdi. Bu, Ukraynanın uğurudur. Bu, son bir ilin ən böyük uğurudur”.
Petro Poroşenko həmçinin dil fərqliliyinin separatçılıq amili olmaqdan çıxdığını da bildirib.
“Artıq dil, dövləti parçalamaq amili olmaqdan uzaqdır. Rus dilində Ukraynanı sevənlər ən azı Uklrayna dilində sevənlər qədərdir. Şərqdə Ukraynanı müdafiə edənlərin 50%i rusca danışır”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.