Müğənni Beyons milyarder maliyyə məsləhətçisi Noam Gottesman və Bianca Duenasın toyu üçün İtaliyaya yollanıb.
Mərasimdən sonra müğənni həyat yoldaşı Jay-Z və qızı Blue İvi ilə Florensiyanı gəzib. Beyons gəzintidən fotoları sosial şəbəkədə paylaşıb. Onun fotoları izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.