NATO Rusiyanın qərb sərhədlərində geniş miqyaslı təlimlərə başlayır. Təlimlərdə iştirak etmək üçün bir neçə yüz Britaniyalı hərbçi də Şərqi Avropaya göndəriləcək.
Polşa, Litva, Latviya və Estoniyada keçiriləcək təlimlər barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi xəbər yayıb. Xəbərdə deyilir ki, iyunun əvvəlində Britaniya hərbi texnikasını da həmin əraziyə göndərəcək. Əməliyyatlardada bir neçə min hərbi qulluqçu iştirak edəcək. Təlimlər dörd mərhələdə keçiriləcək.
"İyunun əvvəlində Britaniya hərbçiləri təlimlərdə iştirak üçün Şərqi Avropaya və Baltika dövlətlərinə göndəriləcək. "İttifaq qalxanı" adlı kollektiv təlimlər dörd mərhələdə keçəcək. Birgə əməliyyatların keçirilməsi məqsədilə təşkil olunan təlimlərdə NATO və müttəfiq dövlətlərinin mindən çox hərbi qulluqçusu iştirak edəcək", - deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.