ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarır. ABŞ Dövlət Departamentindən verilən açıqlamada prezident Obamanın Kubanın beynəlxalq terrorizmə dəstək verən ölkələr siyahısında olmasına təkrar baxılması ilə bağlı təlimatı xatırlanıb. Təlimata görə, Dövlət Departamenti 6 ay ərzində Obamaya hesabat verməlidir.
Həmçinin açıqlamada bildirilir ki, Obama Kubanın son 6 ayda beynəlxalq terrorizmə hər hansı dəstək vermədiyi və geləcəkdə belə bir dəstək olmayacağı ilə təminatlar verdiyinin təsdiqi də daxil olmaq üzrə, Kübanı terrora dəstək verən ölkələr siyahısından çıxarma qərarı haqqında qanuna dəyişikliklər edilməsi üçün Konqresə bildiriş göndərib.
Açıqlamada qeyd olunur ki, Konqresə göndərilən bildirişdən sonra qərarın rəsmi olaraq qüvvəyə minməsi üçün lazım olan 45 günlük müddətin tamamlandığı üçün bu gündən (29 May 2015) etibarən etibarlı olmaq üzrə Con Kerrinin Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması istiqamətində son qərarını verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.