Nigeriya prezidenti ölkəsndəki radikal qruplaşmanı yox edəcəkləri barədə söz verib. Mart ayında seçkidə qalib olan Nigeriya prezidenti Muhamməd Buxari ən böyük problemlərinin “Boko haram”la mübarizə olduğunu bildirib. Son bir neçə ayda Nigeriya hökuməti qruplaşmaya qarşı qonşu ölkələrin də dəstəyilə hərbi əməliyyatlar keçirir. Prezident əməliyyatlar zamanı çoxlu sayda "Boko Haram" silahlılarının öldürüldüyünü, qruplaşmanın sonuna az qaldığını sözlərinə əlavə edib.
Bundan başqa, o, bir müddət əvvəl Çibokdakı məktəbdən qaçırılan 200-dən çox qızın xilas ediləcəyini də vəd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.