banner
banner

Gündəm

Kanada parlamentində Azərbaycanla bağlı bəyanat

Kanada parlamentində Azərbaycanla bağlı bəyanat

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, senator Yona Martin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Kanada Parlamenti Senatında bəyanatla çıxış edib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, bəyanatda 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olduğu qeyd edilir. “Respublikanın ən mühüm nailiyyətlərindən biri 1919-cu ildə qadınların seçki hüququnu tanıyaraq onlara kişilərlə eyni siyasi hüquqlar verilməsi idi. Qeyd edilməlidir ki, Kanada qadınları da səsvermə hüququnu məhz həmin ildə əldə ediblər və bu, Britaniya və ABŞ-dan illərlə öncə baş verib”, - deyə sənəddə bildirilir.

Sonra Azərbaycanın müstəqilliyinin yalnız iki il sürdüyü və Qızıl Ordunun Bakını tutmasından sonra ölkəmizin 71 il Sovet İttifaqının tərkibində yaşamağa vadar olduğu qeyd olunur.

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın hazırda regionun iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan bütün vətəndaşları üçün dini etiqad azadlığını təmin edən dünyəvi dövlətdir: “Buna görə də əhalisinin əksəriyyəti müsəlman olan ölkədə, yəhudi və xristian icmaları azad şəkildə dinlərinə etiqad edə bilirlər. Azərbaycan dini etiqad azadlığı və birgə yaşayışı seçdiyinə görə təqdir edilməlidir”.

Daha sonra 2013-cü ildə Kanada Parlamenti nümayəndə heyətinin tərkibində Azərbaycana səfərinə toxunan senator Martin bu səfərin ona Azərbaycanın zəngin mədəni irsi və tarixi yerləri ilə şəxsən tanış olmaq imkanı yaratdığını bildirib. O, həmçinin rastlaşdığı qadınların timsalında Azərbaycan qadınlarının həqiqi müstəqilliyinə diqqət çəkərək bu səfərdən məmnunluğunu dilə gətirib.

Senator Martin, həmçinin Bakıda olarkən Kanada şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini öyrəndiklərini qeyd edib. Bununla bağlı o, biznes və ticarətin müxtəlif sahələrində əıməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Sonda Yona Martin senatorları Azərbaycan icmasının Kanada mədəniyyətinə verdiyi töhfəni, Azərbaycan səfirliyinin mühüm rolunu və Azərbaycanın müstəqilliyinin 97-ci ildönümünü qeyd etməyə dəvət edib, ölkəmizə parlaq gələcək arzulayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.