Stilist Elnur Həsənov ən kaprizli sənətçinin adını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan stilist onun ifaçı Röya Ayxan olduğunu deyib:
“Röya ilə illərdir dostuq. 2010-cu ildən işbirliyimiz var. Amma çox kaprizli müğənnidir. Makiyajda çox oturmağı sevmir. Bir gözünə makiyaj edirsən, sonra özü davamına başlayır. O artıq özünə nəyin yaraşdığını bilir. Ona görə də, hərdən makiyaj istəyəndə etiraz edirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.