"Spartak" Moskva türk əsilli isveçrəli baş məşqçi Murat Yakınla yollarını ayırıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytında məlumat yarləşdirilib. "Spartak"dan bildirilib ki, ikitərəfli razılıq əsasında müqavilə pozulub və əsas məşqçi Murad Yakınla klubdan göndərilib. Rusiya klubu növbəti mövsümə hazırlığı yeni baş məşqçinin rəhbərliyi altında başlayacaq. "Spartak"ın əsas məşqçisinin kim olacağı haqqında hələlik konkret qərar qəbul edilməyib. Bu barədə yekun qərar yaxın günlərdə keçiriləcək direktorlar şurasında qəbul ediləcək. "Spartak" FK türk əsilli baş məşqçiyə kluba verdiyi əməyə görə təşəkkür edib və gələcək kariyerasında uğurlar arzu edib.
Qeyd edək ki, yerli mətbuatda klubun əsas məşqçi postuna "Arsenal"nın (Tula) hazırki baş məşqçisi Dmitri Aleniçevin təyin ediləcəyi yazılır. İddialara görə, artıq "Spartak" D.Aliniçevlə danışıqlara başlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.