Rusiyada futbol üzrə 2018-ci ildə keçiriləcək qalmaqallı dünya çempionatına (DÇ-2018) hazırlıq üzrə Təşkilat Komitəsi oyunların keçiriləcəi stadionları inşa edən podratçılara xəbərdarlıq edib. Rusiya mətbuatının yazdığına görə, təşkilat komitəsi xəbərdarlıq edib ki, əgər stadionlar vaxtında tikilib istifadəyə verilməsə, podratçılar iri məbləğdə cərimə ödəməli olacaqlar.
Xəbərdarlığı alanlar arasında azərbaycanlı milyarder Araz Ağalarov da var. Ağalarovun “Crocus Group” şirkəti Kalininqrad və Rostov vilayətlərində iki stadionun tikintisini üzərinə götürüb.
Podratçılara xəbərdarlıq edildiyi barədə məlumatı həm stadion inşasına cəlb edilmiş şirkətlərdəki mənbələr, həm də Rusiya hökumətindəki rəsmi şəxslər təsdiq ediblər. Məlumatda deyilir ki, cərimələr podratçı şirkətlərlə bağlanacaq əlavə müqavilələrdə əksini tapacaq.
Baş nazirin müavini, idman obyektlərinin tikintisini kurasiya edən İqor Şuvalovun aparatında bu məlumatı təsdiq ediblər. Bildirilib ki, cərimə xəbərdarlığı bəzi podratçıların tikintini ləngitməsinə görə edilib.
Məsələ burasındadır ki, oyunlar 12 stadionda keçirilməlidir. Hələlik isə onlardan cəmi 3-ü hazırdır.
Ağalarovun şirkətinin Kalininqradda inşa etməyi planlaşdırdığı stadionda tikinti işləri hələ başlamayıb. Çünki ərazi bataqlıq olduğundan federal orqanların tikintiyə dair ekspertiza rəyi hazır deyil.
“Harada ki tikinti başlamayıb, podratçılar dərhal işə başlayıb sutka boyu dayanmadan işləməlidir. Harada ki tikinti hələ başlamayıb, 3 il ərzində onlar stadionu necə tikib təhvil verəcəklər?”- deyə podratçılardan biri şərh edib.
Ağalarovun nümayəndəsi isə bildirib ki, o, hər iki stadionun tikintisinə görə şəxsən məsuliyyət daşıyır.
“Obyektlər hökmən vaxtında təhvil veriləcək”-deyə mənbə bildirib.
Ağalarovun nümayəndəsi Vladivostokdakı Uzaq Şərq Universiteti kompleksinin tikintisini misal gətirib, “Crocus”un bu obyekti məhdud müddətdə tikib təhvil verdiyiyini xatırladıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.