Liviyanın Misrata şəhəri yaxınlığında İŞİD terrorv qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü bomba hücumu nəticəsində beş nəfər ölüb. Cia.az "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, partlayıcılarla doldurulmuş avtomobil şəhərin qərb hissəsində yoxlama məntəqəsinin qarşısında partladılıb. Siyasi baxımdan bölünmüş Liviyada Misrata şəhəri paytaxt Tripolidə qeyri-rəsmi hökumətə yaxındır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ölkə rəhbərliyi isə Liviyanın şərqində Tobruk şəhərində qərargahlanıb.
Tripolidə yerləşən hökumətin baş naziri Xəlifə Ghvell xaricilərin ölkəyə gətirdiyi zorakılıq adlandırdığı hadisəni pisləyib. “Biz İslamı təmsil etdiklərini iddia edərək, Liviyaya gələn bu xainlərə qarşı mübarizə aparmaq və onları təqim etmək üçün ordu, polis və inqilabi qüvvələrə dəstək verəcəyik”-deyə o bildirib.
Qeyd edək ki, İŞİD tərəfdarları keçən ildən başlayaraq Liviyada xarici işçilərin edam edilməsi də daxil olmaqla, bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.