Siqaret, əslində, təbiətin və insanın hazırladığı ən hiyləgər tələdir.
Tələyə düşən insanın oradan qurtulması çox çətin olur. Siqaret reklamları, bəzəkli qutular, gözəl rəng çalarları həmin tələnin hazırlanması üçün materiallardır. Hər bir siqaret çəkən adam bir zamanlar siqaretin təbliğinin qurbanı olub.
Belarusiyada isə siqaret təbliğini azaltmaq məqsədi ilə bəzi məhdudiyyətlər tətbiq edilib. İyunun 1-də etibarən ölkə ərazisində həmin qadağalar tətbiq ediləcək. Yeni qanuna əsasən, mağazalarda siqaretlər hər kəsin görə bildiyi vitrinlərdə olmamalıdır. Siqaretin satıldığını yalnız ağ müstəvi üzərində qara şritflərlə yazı bildirməlidir. Həmin yazını isə yalnız kassa aparatlarının yanında qoymağa icazə verilir.
Siqaret qutularınının özü də vitrinlərdə göstərilə bilməz. Siqaretin markaları siyahı şəklində, əlifba sırası ilə ağ müstəvi üzərində qara şriftlərlə yazılmalıdır. Bu yazılar olduqca sadə olmalıdır. Heç bir qrafik elementlər, foto və şəkillərdən istifadə edilə bilməz.
Tətbiq edilən yenilik nə qədər qəribə görünsə də, olduqca məntiqlidir. Yuxarıda qeyd etdiyimiz kimi, bu addım təbliğatın qarşısını alır. Bu isə o deməkdir ki, yeni siqaretə başlayan insanları sayı tədricən azalır.
Azərbaycanda da siqaretin təbliğində məhdudiyyətlər var. Yerli qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələrində tütün məhsullarının təbliği qəti qadağan edilir. Lakin ölkəmizdə hansısa tədbirlərdə, mağazalarda və başqa yerlərdə siqaretlə bağlı promo tədbirlərə qadağa qoyulmayıb.
Azərbaycanda nümayiş olunan filmlərdə siqaret çəkilən kadrlarda heç bir məhdudiyyət yoxdur. Halbuki, filmlərdə siqaret çəkilməsi insanı bu işə şövq edir. Sevilən film qəhrəmanının ən çətin anlarda bir siqaret yandırması insanın şüuraltına yalnış informasiya yeridir. Filmə baxan tamaşaçı şüuraltı olaraq düşünür ki, ən çətin anlarda siqaret yardımına çata bilər. Ən böyük səhvə təhrik edir insanları. Çox təəssüf ki, həmin qadağalar hələ də bizdə tətbiq edilmir. Hər gün filmlərə baxan minlərlə gənc siqaret adlı tələyə düşür. Türkiyədə isə televiziyada yayımlanan kinolarda siqaretlə bağlı bütün səhnələr yığışdırılır. Ya da üzərləri örtülür.
Artıq bizdə də siqaretin təbliğini minimuma endirən qanunlar qəbul edilməli deyilmi?
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.