banner
banner

Dünya

“Məni pul maraqlandırmır...”:- Saakaşvili

“Məni pul maraqlandırmır...”:-
Ukraynanın Odessa vilayətinin yeni qubernatoru Mixail Saakaşvili bildirib ki, onun yeni postda üstünlüyü odur ki, onu pul maraqlandırmır və o, müxtəlif təsir qruplarından asılı deyil. Bu barədə o, “İnter” telekanalının efirində deyib. 
“Məndən ötrü insanların üzünə necə baxmaq vacibdir, pul məni maraqlandırmır” – qeyd edib Saakaşvili. O, korrupsiya ilə mübarizə, təhlükəsizliyin təmin edilməsi və xarici sərmayəçilərin cəlb edilməsi üçün vilayətin idarəçiliyinin kadr tərkibini dəyişmək niyyətində olduğunu da söyləyib. 
“Mən bütün administrasiya rəhbərləri başçılarının təyin edilməsi üçün müsabiqə elan edəcəyəm. Seçim açıq müsabiqə yolu ilə aparılacaq və mən müsabiqənin gedişinə təzyiqlərə imkan verməyəcəyəm” – bildirib vilayətin yeni başçısı.
 
Az öncə Saakaşvili bəyan etmişdi ki, öz vəzifəsindən baş nazirliyə keçmək üçün istifadə etməyəcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.