Səudiyyə Ərəbistanının komandanlığı altında müttəfiqlərin hərbi aviasiyası Yəmənin paytaxtı Sənaya növbəti aviazərbələr endiriblər. Husilərin nəzarətindəki telekanal bildirib ki, aviazərbələr aeraport və prezident sarayı yaxınlığına yönəlib. Lakin aviazərbələr nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hazırda isə Səudiyyə Ərəbistanı və Yəmən sərhədində qanlı döyüşlər davam edir.
Bu arada Yəmən kanalının bildiridiyinə görə, Husilər də mayın 30-da Səudiyyə Ərəbistanına hava zərbəsi endiriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Husilərə qarşı hava zərbələri martdan başlayıb, məqsəd devrildikdən sonra Səudiyyə Ərəbistanına qaçmış prezident Abd-Rabbu Mansur Hadini hakimiyyətə qaytarmaqdır.
BMT-nin məlumatına görə, münaqişənin başladığı martdan bəri 1900 adam ölüb, təqribən 7 min adam yaralanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.