Ana 7 aylıq körpəsini boğdu: “Onu qiyamətin elçisi olduğu üçün öldürdüm"
Türkiyədə 33 yaşlı qadın 7 aylıq körpəsini boğaraq öldürüb. Cia.az-ın məlumatına görə, Böyük Çəkməcə kəndində yaşayan Dərya Kestanlıoğlu körpəsini boğub öldürdükdən sonra heç nə olmamış kimi çörək yeməyə başlayıb. Daha sonra qadın 40 yaşlı əri Mustafaya zəng vuraraq, olanlar barədə məlumat verib. Polis qadını yaxlayıb və məhkəməyə verib. Məhkəmədə ifadə verən Dərya Kestanlıoğlu oğlunu qiyamət elçisi olduğu üçün öldürdüyünü bildirib. Ana həmçinin bildirib ki, onun əsəblərində problem var. Dərya Kestanlıoğlunun ruh xəstəsi olduğunu həyat yoldaşı Mustafa Kestanlıoğlu da təsdiqləyib. Kişi arvadından şikayətçi olmadığını bildirib.
“Dərya Kestanlıoğlu çox yaxşı insandır. Ana kimi də çox yaxşı idi. 6 ay boyunca körpəyə yaxşı baxdı. Gecələr yatmadı, gündüzlər dincəlmədi. Heç vaxt körpəyə səsini yüksəltmədi. Uşağ öldürdüyü gün mən işdə idim. Mənə zəng vurdu və “oğlumuzu qurtardım” dedi. Ona uşağın səsinin niyə gəlmədiyini soruşduqda telefon əlaqəsini kəsdi. Dərhal evə getdim. Uşaq ölmüşdü”, - deyə Mustafa Kestanlıoğlu bildirib.
Qadın isə verdiyi ifadədə övladını gələcəyin iblisi olduğu üçün öldüdüyünü bildirib: “Çox sakit uşaq idi. Ona baxmaq çətin deyildi. Lakin hər dəfə ona qulluq edəndə gözümə qeyri-adi məxluqlar görünürdü. Qulağıma əcaib səslər gəlirdi. Əminəm ki, Kamal gələcəyin şeytanı idi. Onu qiyamətin elçisi olduğu üçün öldürdüm”.
Əsələrinə hakim ola bilməyən Dərya Kestanlıoğlu 7 aylıq körpəni su ilə dolu ləyəndə boğub. Məhkəmənin qərarı ilə Dərya Kestanlıoğlu ömürlük azadlıqdan məhrum edilib.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.