banner
banner

Dünya

Saqqal kəsmək qadağan edildi- bərbərlər günah edir

Saqqal kəsmək qadağan edildi-

İŞİD terror qruplaşması Mosul şəhərində tətbiq etdiyi qadağalara daha biri əlavə edilib. 
İŞİD silahlıları təxminən bir ildir nəzarətdə saxladıqları İraqın Mosul şəhərində saqqal kəsilməsini qadağan edib. Bu barədə Frans Press xəbər agentliyi yayıb.
Xəbərdə bildirilir ki, qadağa dünəndən etibarən qüvvəyə minib. İŞİD-çilər şəhər əhalisinə saqqal kəsdirməyin günah olduğunu və təraş olunanların cəzalanacağını göstərən broşürlar paylayıb. 
Cildində problemlər olanlar saqqal saxlaya bilmədikləri barədə İŞİD-in polislərinə xəbər versələr də onların bu şikayətlərinə baxılmayıb və qadağanın hamı üçün vacib olduğu vurğulanıb. 

Qeyd edək ki, İŞİD-çilərin bundan əvvəl şəhərdə tətbiq etdiyi qaydaya əsasən namaz vaxtları dükanlar bağlanmalı idi. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.