İranın nüvə silahlı hazırlamasının qarşısını almağın yolu hərbi yoldan deyil, razılaşdırılmış sazişdən keçir. Bunu, ABŞ Prezidenti Barak Obama deyib. O, İsrail televiziyasına müsahibəsində bildirib: "Ümidlər deyil, faktlar, dəlillər və təhlillər əsasında nümayiş etdirə bilərəm ki, İranın nüvə silahı əldə etməsinə mane olmağın ən yaxşı yolu yoxlanmaya tabe razılaşmanın əldə olunmasıdır. Hətta Birləşmiş Ştatların iştirakı ilə hərbi yol bunu nizama salmayacaq. Bu ölkə ilə hərbi dillə danışmaq olmaz. Bu yolla İranın nüvə proqramı müvəqqəti yavaşıyacaq, ancaq ləğv edilməyəcək”.
ABŞ prezidenti İsrailin Tehranla hər hansı sazişi dəstəkləməyəcəyi halda İranın nüvə obyektlərinə hücum edə biləcəyi barədə sualdan yayınıb. B.Obama söylətib ki, bu variantı israillilərin çoxu dəstəkləyir. İsrail xalqının narahatlığını və qorxularını anlayıram.
Ekspertlər, Ağ ev rəhbərinin bu açıqlamasını ən doğru yol kimi dəyərləndiriblər. Onların fikrincə, indiki zamanda rəsmi Tehrana güc tətbiq etməyin heç bir mənası yoxdur. Bütün məsələlərin danışıqlar yolu ilə həll olunmasının mümkünlüyü varsa, hərbi vasitələrə əl atılması bölgədə neqativ vəziyyət yaradar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.