Çində batan "Şərq ulduzu" sərnişin gəmisinin kapitanı həbs edilib. Çin polisi kapitanla yanaşı sərnişin gəmisinin baş mexanikini də həbs edib. İyunun 1-də axşam Yanszı çayında batan gəminin göyərtəsində 458 nəfər olub. Onlardan 405-i turist, 47-si ekipaj üzvü və 5 nəfər turizm agentliyi işçisi olub.
Aparılan xilasetmə işləri nəticəsində 20-dən çox adam xilas edilib. Hadisə yerində xilasetmə işləri davam edir. Digər sərnişinlərin aqibəti bilinmir. Lakin xilasedicilər gəmidən insan səsləri gəldiklərini deyirlər.
Qəzaya, çayda yaranan qasırğanın səbəb olduğu bildirilir. Hadisə baş verən əraziyə ölkənin baş naziri Li Kesyan yollanıb. Bundan başqa, Çin Xalq Demokratik Respublikasının sədri Si Szinpin axtarış-xilasetmə işlərinin gücləndirilməsi və insanların həyatının təhlükəsizliyini təmin etmək üçün xilasedicilərin səylə çalışması barədə göstəriş verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.