banner
banner

Şou

Toy-toya qarışdı: - Rəhman Rəhmanovun da qızı gəlin köçdü

Toy-toya qarışdı: -

Şou-biznes aləmində toy-toya qarışıb. Nailə Mirməmmədli oğlu Cavidanı evləndirdi, Manaf Ağayev və Rəhman Rəhmanov isə qızlarını gəlin köçürdülər.
ANS PRESS-in məlumatına görə, tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanov qızı Rəhilənin toy mərasimi 31 mayda paytaxtın şadlıq saraylarının birində baş tutub. Rəhilə və Orxanın toyunda yaxın qohumlar və dostlar iştirak edib. 

Rəhman Rəhmənov bu gün ANS TV-nin “Günə Baxan” verilişində qızının toyundan ağız dolusu danışıb. Toyda iştirak edənlərə öz təşəkkürünü bildirən, aktyor məşhurlardan şikayətlənib. 

Onun sözlərinə görə, məşhur sənətçilərin çoxunu toya dəvət etsə də, gəlməyiblər: "Bəzi tanınmış müğənnilərə zəng vurub xahiş etdim ki, gəlib balamın məclisində iştirak etsinlər, 1-2 mahnı oxusunlar. Gəlmədilər. Həmin gəlməyənlərə buradan böyük təşəkkürümü bildirirəm. Onlar gəlsəydilər, mənim oğlum Emilə oxumağa növbə çatmayacaqdı. Emil qəşəng toy aparır. Çox yaxşı toy keçdi, Allah hamının balasına qismət eləsin!".

Rəhman bəy təzə qohumlarından razılıq edib: "Çox yüksək səviyyəli bir ailə ilə qohum olmuşam. Yüksək səviyyəli deyəndə, birdən elə zənn edərsiz ki, qudam nazirdir. Xeyr, mənim qohumlarım mənəvi cəhətdən yüksək səviyyəlidirlər".

Elgiz Əkbər aktyoru qızının toyunda rəqs etməməsinə diqqət çəkib: “Siz toyda özünüzü əsl qız atası kimi apardınız, mən sizin oynadığınızı heç görmədim”.

"Azərbaycan xalqının milli adət - ənənələrindən irəli gəlir, bizim xalqın kişiləri ağır təbiətli olurlar" - deyə, aktyor onun bu fikirlərinə münasibət bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.