Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli cinayət baş verib. Cia.az-ın “M24” saytına istinadən verdiyi məlumata görə, mayın 31-nə keçən gecə kişi əmioğlusunu vəhşicəsinə qətlə yetirib. Hadisə gecə saatlarında iki əmioğlunun avtomobillə gəzdiyi zaman qeydə alınıb. Gəzinti zamanı əmioğlular arasında mübahisə yaranıb. Mübahisə zamanı onlardan biri maşından düşüb və bıçaq çıxarıb. Kişi əmioğlusuna 300 bıçaq zərbəsi vurub.
Hadisəni törətdikdən sonra qaçmağa çalışan kişini polis yaxalayıb.
Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.