İranda ağır yol-nəqliyyat hadisəsi baş verib. İranda turistləri daşıyan avtobus avtobus dağdan aşıb. Ağır qəza nəticəsində 24 turist dünyasını dəyişib. Ölən turistlərin hamısının İraq vətəndaşı olduğu bildirilir. Bundan başqa dəhşətli qəza zamanı daha 16 nəfər ağır yaralanıb. Verilən məlumata görə, avtobusda olanların hamısı İrana gəzməyə gələn iraqlı turistlər olub. Son məlumatlara görə, qəza zamani avtobusda 25-i qadın olmaqla 40 nəfər insan olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.