Kremlin Avropa İttifaqının 89 siyasətçisinin Moskvaya girişinin qadağan edilməsinə dair addımına cavab olaraq Avropa Parlamenti Rusiya rəsmilərinə qarşı tədbirləri açıqlayıb. Nəzərdə tutulan tədbirləri Avropa Parlamentinin prezidenti Martin Şulz elan edib.
O deyib ki, Rusiya hakimiyyəti qərarlarında şəffaflığı təmin edə, beynəlxalq hüquq və hüquqi öhdəliklərlə əsaslandıra bilməyib, hədəfə alınan fərdlərə müdafiə və apelyasiya hüququ verilməyib: "Nə qədər ki, qara siyahı qüvvədədir, Rusiya rəsmilərinin Avropa Parlamentinin binasına girişi məhdudlaşdırılacaq. Rusiyanın Aİ-dəki səfiri Vladimir Çazov və adı çəkilməyən başqa bir Rusiya diplomatı həmin siyahıdadır. Qurum həmçinin Aİ-Rusiya Parlament Əməkdaşlığı Komitəsi ilə işini dayandırıb.
Rusiyanın Avropa Parlamentinin bu addımına reaksiyası gecikməyib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, əslində, heç kəs assambleyaya baş çəkə bilmir. Çünki orda görülməli heç nə yoxdur, nə məhdudiyyətsiz, nə də məhdudiyyətlə.
Xatırladaq ki, Moskva Aİ-nin sanksiyalarına cavab olaraq qara siyahı hazırlayıb. AB sanksiyalarına bank hesablarının dondurulması və səyahət qadağaları daxildir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.