banner
banner

Dünya

Obama insanları izləməyi qadağan etdi

Obama insanları izləməyi qadağan etdi

ABŞ Senatı Milli Təhlükəsizlik Agentliyinə amerikalıları izləməyi və onların telefon danışıqlarını dinləməyi, onlar haqqında məlumat toplamağı qadağan edib.
Senatın qəbul etdiyi qanuna əsasən, agentlik hətta terrorçuluqda şübhəli bilinən Amerika vətəndaşlarını da bu izlənmədən azad edir. "ABŞ-ın müstəqilliyi haqqında Akt" adlanan sənədin qəbul edilməsinin lehinə 67, əleyhinə isə 32 senator səs verib.

ABŞ prezidenti Barak Obama da Senatı bu qərarın qəbul edilməsi münasibətilə təbrik edib və söz verib ki, akt onun masasının üstünə qoyulan kimi onu imzalayacaq. Beləliklə, prezident dünən həmin aktı imzalayaraq bildirib ki, sənəd vətəndaş azadlığının qorunmasını və şəxsi həyatın toxunulmazlığını təmin edir. "Bundan başqa, Akt təhlükəsizlik xidmətlərinə amerikalıların qorunması üçün lazım olan bir sıra əhəmiyyətli vasitələri də təqdim edir".

Qeyd edək ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra qəbul edilən Patriotik aktın müddəti bu il mayın 31-də başa çatıb. Həmin akt ABŞ vətəndaşlarının telefon danışıqlarının dinlənməsini və onlar haqqında məlumat toplanmasını nəzərdə tuturdu. Lakin 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin agenti Edvard Snouden yüz minlərlə amerikalının izlənməsi, onların telefon danışıqlarının dinlənməsi və elektron poçtlarının oxunması haqqında minlərlə sənədi açıq-aşkar nəşr etmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.