banner
banner

Gündəm

Bakı metrosu 24 saat işləyəcək

Bakı metrosu 24 saat işləyəcək

Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, iyunun 12-dən etibarən metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək. Onun sözlərinə görə, oyunların açılışı və bağlanışı günü ola bilsin ki, metro 24 saat işləsin.

“Sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olacaq. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da gecəyə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.

“Sərnişin avtobusları səhər saat 05:00-dan işləməyə başlayacaq və gecə saat 01:00-a qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.