"Toppuş bacı" 30 kilo arıqladı: "Əməliyyata həyat yoldaşım icazə vermir"
“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 30 kiloqram arıqlayıb.
Bu barədə aktrisanın özü məlumat verib. O bildirib ki, keçirdiyi son əməliyyatdan sonra bu qədər çəki verib: “Ötən ildən bu günə qədər 30 kilo arıqlamışam. Yeməyimə diqqət edirəm. Xüsusi pəhrizim var. Amma bu arıqlamaq mənə asan başa gəlmədi. Arıqlamaq üçün mədəmi kiçiltdim. Mədəm kiçiləndən sonra isə çəki verməyə başladım. Hələ bir neçə kilo da arıqlamağı düşünürəm”.
T.Əliyeva onu da əlavə etdi ki, növbəti dəfə əməliyyat olunmaq istəyir: “Açığını deyim, yenə əməliyyata girib boyun hissəmdə olan artıq çəkiləri yox etdirmək istəyirəm. Amma əməliyyat olunmağıma həyat yoldaşım icazə vermir. Ona görə də bu istəyim istək olaraq da qalıb”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.