banner
banner

Gündəm

"Bakı 2015"i Rusiyada 53 milyon ev izləyəcək

"Bakı 2015"i Rusiyada 53 milyon ev izləyəcək

Bu gün, Bakı 2015 Avropa Oyunları Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb. Bununla da, kanal qonşu ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ etdi. Müqaviləyə əsasən, 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunları Rusiyada 53 milyon evə yayımlanacaq. 
BEGOC-dan verilən məlumata görə, “Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək. 

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün “Rusiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunuq: "Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində, bütün platformalar üzrə geniş yayımdan zövq alacaq".

“Rusiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri Aleksandr Tasçin isə əlavə edib ki, Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. "Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük yığma ilə təmsil olunacaq. Məhz buna görə də, biz “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.