banner
banner

İdman

Millimizin üzvü hakimi günahlandırdı

Millimizin üzvü hakimi günahlandırdı

Almaniyanın "Karlsrue" klubunun və millimizin üzvü Dmitri Nazarov Bundesliqaya vəsiqə uğrunda "Hamburq"la keçirdikləri "pley-off" oyunu barədə fikirlərini bildirib. Futbolçu hakimi günahlandırıb: 

"Hamımız məyusuq. Əla mövsüm keçirsək də, əziyyətimizin bəhrəsini görmədik. Buna hakim imkan vermədi. İkinci hissədə həmin epizodda mən də yerdə qaldım. Lakin referinin fiti susdu. Əlavə vaxtın son dəqiqələrdə isə bizim lehimizə penalti təyin etdi ki, bu da artıq heç bir önəmi yox idi. Belə önəmli görüşlərdə nəyisə sınaqdan keçirmək yolverilməzdi. Əgər 100 faiz əmin deyilsənsə, o qərarı verməməlisən. Axı əlavə vaxtda necə o cür cərimə zərbəsi təyin etmək olardı? Hakim matçın sonlarında bizim xeyrimizə nəsə etmək istəyirdi. Bundesliqaya vəsiqə qazana bilmədiyimiz üçün çox məyusuq".

Qeyd edək ki, Bundesliqaya vəsiqə uğrunda "pley-off" mərhələsinin ilk oyununda səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Karlsrue" cavab matçında rəqibinə 1:2 hesabı ilə uduzaraq Bundesliqaya vəsiqə qazana bilməyib. Həmin oyunda meydana start heyətində çıxan millimizin üzvü 120 dəqiqə mübarizə aparıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.