Röya və Azərin "Qarabağ" - "Neftçi" oyununda - FOTOLAR
Qəbələ şəhər stadionunda hazırda davam edən "Qarabağ" - "Neftçi" Azərbaycan kubokunun final matçı öncəsi Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olunub.
Cia.az-ın PFL-in saytına istinadən məlumatına görə, Nəsib Nurun aparıcısı olduğu məclis Röyanın iştirakı ilə konsert proqramı ilə davam edib. Ən həyəcanlı an is kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi olub. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə enib və paraşütçü kuboku müvafiq şəxslərə təqdim edib.
Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndiriblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.