banner
banner

Gündəm

Gürcüstanı baş naziri "Bakı 2015"ə gəlir

Gürcüstanı baş naziri "Bakı 2015"ə gəlir

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavinləri, nazirlər, Tiflisin meri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Bunu Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.

Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar Bakıya Gürcüstandan 200-dək nümayəndə səfər edəcək. İdmançıların birinci qrupu Azərbaycana iyunun 11-də yola düşəcək.

Gürcüstan idmançılarının ilk Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan E.Berişvili vurğulayıb ki, “Bakı-2015” bizə həm də ən güclü idmançılarımızı seçib Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamağa kömək edəcək: "Gürcüstan “Bakı-2015” ilk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacaq. Onların arasında cüdo üzrə dünya və Avropa çempionları Avtandil Çirikişvili, Varlam Liperteliani, dəfələrlə yüksək mükafatlara sahib olmuş Laşa Şavdatuaşvili, güləş üzrə idmançılardan Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı Vladimir Xinçeqaşvili, Avropa çempionatlarının qalibi Qeno Petriaşvili, güllə atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu Nino Salukvadze və başqaları var.

O, Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarına çox sevindiklərini söyləyib: "Çünki Azərbaycan bizim üçün ən yaxın dost ölkədir. Dostumuza verilən qiymət elə bizə verilən qiymətdir. Ümumiyyətlə, bu qərarın qəbulu təbii idi. Azərbaycanda idmanın inkişafı üçün mükəmməl baza yaradılıb. Bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. İnanırıq ki, Azərbaycan ev sahibi kimi ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək."

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.