"Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir və buna görə onları təbrik edirəm. Bakıda keçiriləcək oyunlarda 23 idman növü üzrə ümumilikdə 192 idmançıyla iştirak edəcəyik". Bunu Türkiyə idman naziri Suat Kılıç qatıldığı tv proqramlarından birində söyləyib. Nazir bildirib ki, yarışların açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək:
"Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı baş tutan görüşlərdə prezidentimizin açılış mərasimində iştirakını rəsmi olaraq bildirdik. Artıq idmançı qardaşlarımızın müvəffəqiyyətləri üçün biz də onlarla birlikdə olacağıq. Burada bizim yaxşı bir nəticə əldə edəcəyimizi düşünürəm. Fərqli idman növləri üzrə çox yaxşı idmançılarımız var".
Türkiyə idman naziri I Avropa Oyunlarının həm Bakı üçün, həm də bütün iştirakçılar üçün yaxşı keçəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu yarışlar Türkiyə üçün gələcək illərdəki müsabiqələr üçün də yaxşı bir imkan yaradacaq.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.