Amerikada müəllimlik edən bir ananın övladına qarşı məsuliyyətsizliyi körpənin ölümünə səbəb olub.
Cia.az-ın məlumatına görə, 38 yaşlı Cemi Bakli 18 aylıq uşağını maşında unudub. Günortadan sonra saat 15:15-də maşına qayıdanda 8 saat maşında qalan qızını ölmüş tapıb.
Həmin gün şəhərdə temperatur səhər saatlarında 21° olub. Qadın bu hadisəyə görə heç bir cəza almayıb. Lakin polis bədbəxt hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Qeyd edək ki, ABŞ-da bu tipli hadisələrə tez-tez rast gəlinir. Təkcə keçən il 30-dan çox uşaq maşının içində qaldığı üçün istidən dünyasını dəyişib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.