banner
banner

Dünya

Obama və xanımına verilən hədiyyələr - SİYAHI

Obama və xanımına verilən hədiyyələr

ABŞ Dövlət Departamenti 2013-cü ildə prezident Barak Obama və həyat yoldaşı Mişel Obamaya rəsmi səfərlərdə verilmiş hədiyyələrin qiymətini açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ən bahalı hədiyyə Mişel Obamaya verilib. Bruney kraliçasının birinci xanıma bağışladığı qızıl sırğa və üzük, almaz və sarı sapfir daşlarla bəzədilmiş boyunbağının qiyməti 71 min 468 dollardır.

Prezident Barak Obamaya ən bahalı hədiyyəni isə Qatarın Vaşinqtondakı səfiri verib. Sarı rəngli şüşədən hazırlanmış şahin heykəlinin qiyməti 10 min 400 dollara yaxındır.

Ölkəmizin ABŞ-dakı səfirinin Barak Obamaya bağışladığı qırmızı, ağ və göy rənglərdən ibarət kilimin qiyməti 6 min 560 dollar civarındadır.

Qatar əmirinin ABŞ prezidentinə təqdim etdiyi üəzrində dünyanın böyük şəhərlərinin coğrafi koordinatlarının qeyd olunduğu gümüş boşqabın dəyəri 6 min 500 dollardır.

Tanzaniya prezidenti Barak Obamaya 4 min dollar dəyərində olan zebr dərisindən ayaqaltı, rəsm əsəri və heykəl bağışlayıb.

Sinqapurun baş naziri də qiyməti 4 min dollar olan qəhvəyi örtüklü kreslonu Ağ ev rəhbərinə təqdim edib.

1978-ci ildə qəbul olunan qanuna görə ABŞ prezidentləri dəyəri 350 dollardan çox olan hədiyyələrin qiymətini hər il mayın 15-də və səlahiyyətləri başa çatan zaman elan etmək məcburiyyətindədirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.