banner
banner

Gündəm

"AA" seriyalı maşınlara xəbərdarlıq

"AA" seriyalı maşınlara xəbərdarlıq
Mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş "oyunlar zolağı”na rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin çıxması qadağandır. 
Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. 
 
Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər. 
 
Qadağalar tətbiq olunduğu gündən indiyədək xeyli sürücü qayda pozuntusuna yol verdiyi üçün cəzalanıb. 
Müşahidələr onu göstərir ki, qadağan olunmuş zolağa daxil olan avtomobillər arasında "AA” seriyalı avtomobillər də var. "AA” nömrəli avtomobillər isə məlum olduğu kimi daha çox dövlət idarələrinə məxsusdur.
 
"Oyunlar zolağı”na daxil olan "AA” seriyalı avtomobillər cərimələnəcəkmi?
 
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, yalnız qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə həmin zolaqla hərəkət etməyə icazə verilir, yerdə qalan avtomobillərə zolağa girmək qadağandır. 
 
DYP rəsminin sözlərinə görə, digər nəqliyyat vasitələrinin həmin zolağa çıxmasına icazə verilmir və sürücülər bilməlidirlər ki, həmin hərəkət zolağına çıxan nəqliyyat vasitəsinin sürücüsü inzibati məsuliyyətə cəlb olunacaq.
 
"Ərazidə xidmət aparan yol patrul xidməti inspektorları tərəfindən, ya da ərazilərdə quraşdırılmış foto-video kameralar vasitəsilə həmin qayda pozuntusu aşkar edilib, elektron qaydada protokollaşdırılıb sürücünün ünvanına göndəriləcək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.