banner
banner

İdman

"Nə "Yuventus", nə də "Barselona" favorit deyildi"

"Nə "Yuventus", nə də "Barselona" favorit deyildi"

"Yuventus"un sabiq futbolçusu Alessandro del Pyero maraqlı fikirləri ilə diqqət çəkib.

Cia.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, del Pyero Çempionlar Liqasının finalçıları - "Yuventus" və "Barselona"nın mövsümün əvvəlində turnirin favoriti olmadığını bildirib:

"Mövsümün əvvəlində nə "Yuventus", nə də "Barselona" turnirin favoriti idi. Çoxları "Barselona"nın inanılmaz komanda olduğunu düşünürdü. Ancaq Kataloniya təmsilçisi digər komandalardan o qədər də güclü deyildi. Bununla belə, hər iki komanda finala yüksəlməyə layiqdir. Onlar gündən-günə, oyundan-oyuna daha da artırdı. Alleqri "Yuventus"u çempion olaraq qəbul etdi və komandanı daha da gücləndirdi. Hazırda "Yuventus" Alleqrinin rəhbərliyi altında texnikalı və yaxşı oyun nümayiş etdirir".

Qeyd edək ki, iyunun 6-da Berlində keçiriləcək "Barselona" - "Yuventus" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.    

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.