İtaliya "Udineze" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Cia.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə Stefan Kolantuono gətirilib.
52 yaşlı mütəxəssis "Udineze"də ötən həftə istefaya göndərilən Andrea Stramaççonini əvəzləyib. Kolantuono ilə iki illik müqavilə imzalanıb. Yeni baş məşqçi iyunun 8-də rəsmən ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, "Udineze" İtaliya A Seriyasında ötən mövsümü 16-cı pillədə başa vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.