banner
banner

Şou

"Sevgilim var, ailə qururam" - Aysel

"Sevgilim var, ailə qururam" -

Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 
Sənətçi “5/5” verilişində ailə qurmağa hazırlaşdığını deyib:

“Sevdiyim insan var. Bu yaxınlarda da ailə quracam. Həmişə sözün düzünü demişəm. Nə olursa, gizlətmirəm. "Hə" də olub. Hələ ki, məclisin mediaya qapalı olub-olmaması ilə bağlı heç nə deyə bilmərəm. Qarşı tərəf nə məsləhət görsə, onu da edəcəm. Ailə mənim üçün daha önəmlidir". 

Aparıcı Zaur Kamalın “Deyirlər, Aysel yaxşı qızdır, amma ağılsızdır. Hələ də kirayədə yaşayır” sözlərinə isə ifaçı belə cavab verib:

 “Kirayədə yaşayıram. Amma şəxsi evim var, hazırda təmir olunur. Niyə ağılsız oluram ki? Bəlkə mənim üçmərtəbəli villam var, ona görə təmiri gecikir?”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.