Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının (GUAM) Parlament Assambleyasının iclası keçirilib. Kişinyovda iki gün davam edən iclasda sədrlik Moldovadan Ukraynaya keçib.
ANS PRESS-in məlumatına görə, iclasda GUAM ölkələrinin nümayəndələri birgə bəyannamə imzalayıblar. Sənəddə təşkilat üzvləri üzərlərinə münaqişəli vəziyyətlərdə bir-birinə kömək etmək öhdəliyi götürüblər.
GUAM PA-nın sədri Anadolu Dimitriu bildirib ki, müstəqillik və ərazi bütövlüyü ən vacib və əsas məsələdir. Bizim ölkələri bölmək, ərazilərimizi zəbt etmək istəyirlər. Onlar bunu bacarmayacaqlar və biz bütün problemlərin öhdəsindən gələcəyik.
Ukrayna nümayəndələri bildiriblər ki, indi əsas məsələ GUAM ölkələrinin yerləşdiyi regionda vəziyyəti qaydaya salmağın vaxtıdır. İmzalanan birgə bəyannamədə regionda mövcud olan münaqişələrlə bağlı narahatlıq ifadə edilir. Onları həll etməyin yeganə yolu müstəqillik prinsiplərinə və ölkələrin ərazi bütövlüyünə riayət olunmasıdır.
Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatın məqsədi üzv ölkələr arasında infrastruktur, energetika və ticarət əlaqələri inkişaf etdirməkdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.