O, Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət edib
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədov Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə müraciət edib.
Steynar Gil özü bu barədə məlumat yayıb. O bildirib ki, müraciəti yayımlamağı Arif Məmmədov ondan xahiş edib.
A.Məmmədovun bu ilin iyunun 29-dan iyulun 10-a kimi Norveçdə olacağını və həmin müddət keçmiş səfirlə görüşmək istədiyini bildirib: “Avropa mediasının məni dəstəkləməsi lazımdır. Mənim Azərbaycandakı həqiqi dostlarımın köməyinə ehtiyacım var. Bu ümumi həyəcan siqnalıdır”.
Qeyd edək ki, Arif Məmmədov mayın 19-da Binəqədidə yanan bina ilə bağlı yazdığı statusla gündəmə gəlmişdi. YAP icra katibinin müavini Siyavuş Novruzov Arif Məmmədovla bağlı sərt açıqlama vermişdi: "Arif Məmmədovun qanında erməni qanı var və dərhal vəzifəsindən azad edilməlidir".
Xatırladaq ki, Steynar Gil isə səfir olduğu müddətdə hakimiyyəti qarşı mövqeyi ilə seçilib.
Sayt Xarici İşlər Nazirliyi və Arif Məmmədovla əlaqə saxlamağa çalışsa da, cavab əldə edə bilməyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.