Türkiyədə səslərin 96,1 faizi açılıb. Cia.az xəbər verir ki, hazırkı nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 41,4 faiz səs toplayıb. Bu nəticə ilə parlamentdə 261 deputatla təmsil olunacaq. Əsas müxalifət partiyası olan CHP isə səslərin 25,3 faizini alıb (130 deputat) MHP 16,7 faiz (84 deputat), XDP isə 12 faiz (75 deputat)la parlamentə girəcək. Hazırki nəticələr heç bir partiyaya təkbaşına hökümət qurmağa imkan vermir. Siyasi müşahidəçilər hakim partiyanın kürdlərlə, yəni XDP ilə koalisiyaya gedəcəyini belə istisna etmirlər. 22:26 Türkiyədə keçirilən parlament seçkilərində səsvermənin nəticələri açıqlanıb. Cia.az-ın məlumatına görə, seçki qutularının 85 faizi açılıb. Son nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,6, CHP 24,9, MHP 16,9, XDP isə 11,3 faiz səs alıb. Bu isə o deməkdir ki, Ərdoğan parlament seçkilərində istədiyi nəticəni ala bilməyib. İlk dəfə olaraq Ərdoğanın partiyası əvvəlki seçkilərə nisbətən az toplayıb. Qeyd edək ki, 2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.