banner
banner

Gündəm

Koalisiya qurmaq alınmadı – Türkiyədə

Koalisiya qurmaq alınmadı –

"Türkiyədə koalisiya hökuməti yaradılmayacaq". 

Cia.az xəbər verir ki, bu barədə Respublika Xalq Partiyasının (CHP) deputatı Haluk Koç deyib. O qeyd edib ki, partiya Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil.

İlkin məlumata əsasən, Türkiyənin Ədalət və İnkişaf Partiyası 41.9% səs yığıb.

Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb.

Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edəcək.

Seçkilərdə əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.