Azərbaycanın əməkdar artisti, tanınmış estrada ulduzu Manana Caparidze müğənni Murad Sadıxla birlikdə "Sinaya veçnost" mahnısını duet oxuyub.
Ölməz Müslüm Maqomayevin ifasında dillər əzbərinə çevrilmiş mahnını sənətçilər rus dilində ifa ediblər. Ötən həftədən etibarən YouTube-da yayımlanan bu uğurlu yaradıcı iş, yetərincə dinləyici marağına səbəb olub.
Hər iki sənətçi bu işbirliyindən zövq aldıqlarını bildirdi. Manana təəsüratlarını bizimlə belə bölüşdü: "Bu mahnını ifa etmək istənilən müğənnidən böyük məsuliyyət tələb edir. Azərbaycanda elə dinləyici tapılmaz ki, "Sinaya veçnost"ı sevməsin. Həm mən, həm də Murad uzun illərdir ki, bu mahnını repertuarımıza daxil etmişik.
Şadam ki, bizim Muradla ilk duetimiz məhz bu mahnı oldu. Mən Murad Sadıxın nəinki özünü, ailə üzvlərini də çox istəyirəm. O, çox tərbiyəli və istedadlı ifaçıdır. İlk işbirliyimiz gözlədiyimizdən də uğurlu alındı. İnanıram ki, oxucularınız da öz müsbət rəylərini verəcəklər".
Murad Sadıx ilk duetini məhz Manana Caparidze ilə yazdımasından qürur duyduğunu deyir: "O, çox peşəkar müğənni olmaqla yanaşı gözəl dost, qayğıkeş anadır. Əslində bu dueti biz bir neçə ay bundan əvvəl dinləyicilərə təqdim etməliydik. Sadəcə Manana xanımın tez-tez qastrol səfərlərində olması mahnını lentə aldırmağımızı yubadırdı.
Amma gözləməyə dəyərdi. Tərifləmək kimi çıxmasın, "Sinyaya veçnost" bizim ifamızda gözəl və fərqli alındı. Mənə bacılarım qədər dəyərli olan Mananaya da, özümə də bol-bol yaradıcılıq uğurları arzulayıram."
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.