banner
banner

Gündəm

Ərdoğanın həlledici 45 günü

Ərdoğanın həlledici 45 günü

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri hakim Ədalət və İnkişaf Partiyasını çətin vəziyyətə salıb. Seçkilərə qədər ölkənin parlament üsul idarəsindən prezident respublikasına çevirməyə hazırlaşan Ərdoğan hakimiyyəti dövründə ilk dəfə təkbaşına hökumət qurmaq şansından da məhrum olub. İş burasındadır ki, Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumət qurmalı olan partiyalar bundan imtina edib.

Parlament seçkilərinin ilkin nəticələrinə əsasən hakim Ədalət və İnkişaf Partiyası gözlənilərin əksinə olaraq 50 faizlik həddi keçə bilmədi. 40 faizdən bir qədər çox səs toplayan AKP-dən fərqli olaraq Kürd yönümlü Xalq Demokratik Partiyası 10 faizlik baryeri aşaraq 80 kürsü qazanmaqla tarixi uğur əldə etdi. 

Tələb olunan 276 səsdən 258-ni toplaya bilən AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxıb.

Konstitusiyaya əsasən, prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Davudoğlu növbə ilə partiya liderləri ilə görüşlər keçirəcək. Artıq baş nazir Əhməd Davudoğlu baş tutan parlament seçkisinin nəticələrini müzakirə etmək üçün Nazirlər Kabinetini toplayıb. 

Toplantıda nəticələrin analizi, koalisiya ssenariləri müzakirə ediləcəyi ehtimal olunur. Ədalət və İnkişaf Partiyasının Milliyətçi Xalq Hərəkat Partiyası ilə razılığa gələcəyi pronozlaşdırılsa da, MHP sədri Dövlət Baxçalı hədəflərinin tək başına iqtidar olduğunu və hər hansı bir koalisiyada yer almayacağını bəyan etdi.

CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirir.

HDP-nin sədri Səlahəddin Demirtaş da AKP ilə nəinki koalisiya, hər hansı bir sahədə əməkdaşlıqları olmayacağını bildirib. Belə olan halda AKP hələ ki, meydanda tek başına qalmış kimi görünür. 

Türkiyə Konstitusiyasına görə, əgər 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir.

Əgər Ədalət və İnkişaf Partiyası öz millət vəkillərinin sayını 330-a çatdırsaydı, o zaman AKP Konstitusiya üstünlüyü əldə edərək prezident statusunun dəyişdirilməsi barədə referendum elan edə bilərdi. Və Türkiyə prezident üsul idarə formasına keçid alacaqdı. Lakin bu AKP üçün hələ ki, arzu olaraq qaldı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı ilk yazılı açıqlamasını edib:

“Türkiyədə heç bir siyasi partiya təkbaşına hökumət formalaşdırmayacaq. Millətimizin iradəsi hər şeydən üstündür. Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir”.

Türkiyədə keçirilən parlament seçkisinin nəticlərinə görə, 550 millət vəkili arasında türk əslilərlə yanaşı 3 erməni iki fərqli partiyada 3 azərbaycanlı 1 rum və 1 suriyalı namizədlər millət vəkili seçiliblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.