Aktrisa Nəbahət Çehrə “Kösəm Sultan” serialında baş rolda çəkiləcək aktrisa Beren Saata dəstək olub. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrda yayımlanması planlaşdırılan ekran işi ilə bağlı sualları cavablandıran aktrisa “Aşkı-Memnu”dakı tərəf müqabili Beren Saata Sultan rolunun çox yaraşacağını deyib:
“Berenin baxışlarının dərinliyi o rolu üçün kifayət edir. Ərə getmək ona çox yaraşıb. Bu layihənin də “Möhtəşəm yüz il” kimi böyük iz qoyacağını düşünürəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.