banner
banner

Dünya

Amerikanın İrana ixracatı artıb

Amerikanın İrana ixracatı artıb

Amerikanın Ticarət Nazirliyi bu ölkənin İrana ixracatının artması barədə xəbər yayıb. 

Cia.az-ın məlumatına görə, Amerikanın Ticarət Nazirliyi ən yeni statistikaları yayaraq, bildirib ki, cari ilin ilk dörd ayında bu ölkənin İrana ixracatının miqdarı ötən ilin oxşar dövrü ilə müqayisədə 60 faizdən çox artıbdır. 

Amerikanın Ticarət Nazirliyinin statistikaları göstərir ki, cari ilin yanvarından aprelinədək Amerikanın İrana ixracatı doxsan səkkiz tam onda iki milyon dollardan yuxarı olub. Bu rəqəm ötən ilin oxşar dövründə 58,7 milyon dollardan az olubdur. 

Cari ilin mart ayında Amerikanın İrana ixracatı nəzərəçarpacaq dərəcədə artaraq, 44 milyon dollardan yuxarıya çatıbdır. 
Bu rəqəm ötən ilin martında 19 milyon dollardan aşağı olubdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.