45 yaşlı müğənni Cennifer Lopez Marokkoda musiqili festivala qatılıb.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi Kasper Smartla festivala yollanan Cey Lo geyimi ilə diqqət çəkib. Hər zaman qeyri-adi və açıq-saçıq libaslarda görməyə öyrəşdiyimiz Cennifer bu dəfə sadə ağ dona üstünlük verib.
Stilinə uyğun geyinməyən ifaçı saçlarını toplayıb, aksesuar kimi isə ağ çantadan istifadə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.