Hollivud ulduzu Cennifer Eniston “Harper’s Bazaar” jurnalı üçün fotosessiya etdirib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, eyni zamanda dərgiyə müsahibə verən aktrisa Bred Pittlə evliliyindən sonrakı həyatı və yeni sevgilisi Castin Teru ilə münasibətlərindən danışıb:
“Mən özümü 40 yaşımdan sonra daha xoşbəxt hiss etməyə başladım: həm emosional, həm də mənəvi cəhətdən. İndi özümə, dostlarıma və ailəmə daha çox vaxt ayırıram. Keçmiş, elə bil ki, heç olmayıb, Castinə qarşı dərin sevgim var. O təkcə komediya aktyoru deyil, həm də yaxşı ssenari müəllifidir. Onda ən çox bəyəndiyim cəhət bir çox işin öhdəsindən bacarıqla gəlməsi, təvazökarlığıdır. Həyatım boyu rast gəldiyim ən mədəni insandır”.
Akrtisanın sözlərinə görə, keçmiş əri ona ağır günlər yaşatsa da, o artıq Bred Pitti bağışlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.