Lionel Messinin transfer qiyməti 280 milyon avro dəyərində qiymətləndirilib.
Cia.az-ın məlumatına görə, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) ekspertləri “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messini futbol tarixinin ən bahalı futbolçusu adlandırıb.
Messinin transfer qiyməti 255,3 - 280,8 milyon avro intervalında qiymətləndirilib.
Reytinqdə ikinci yeri “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar tutub. Onun dəyəri 135,4 milyon avrodan 148,9 milyon avroyadəkdir.
Üçüncü yerdə “Real”ın lideri Kriştiano Ronaldodur: 113,3 milyon avrodan 124,7 milyon avroyadək.
Onluğa həmçinin Neymar, Serxio Aquero, Raxim Sterlinq, Pol Poqba, Diyeqo Kosta, Aleksis Sançes və Xames Rodriges daxildirlər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.