banner
banner

Sosİal

Gənclərdən maraqlı layihə

Gənclərdən maraqlı layihə

Bu günlərdə “Könüllü Gənclər” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin Sosial Fəallığını Artıraq” layihəsi çərçivəsində təlimlərin icrasına start verib.

Layihə programına uyğun olaraq təlimlər Bakı şəhəri, İsmayıllı və Qəbələ rayonlarında Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə həyata keçirilib.

Yeniyetmə və gənclərdə sosial fobiyanı aradan qaldırmaq, kütlə qarşısında natiqlik mədəniyyətini formalaşdırmaq və düzgün ünsiyyət vasitələrindən, o cümlədən bədən-dillərindən doğru istifadə edərək cəmiyyətdə öz layiqli yerlərini tutmalarına dəstək olmaq məqsədiylə onlara sosial fobiyanın zərərləri, virtual aləmdən düzgün istifadə qaydaları, real kimlik, ümumi bədən-dili, liderlərin bədən-dili, təsirli nitqin əhəmiyyəti, həyəcan və gərginliyi idarə etmək, yaradıcı düşünmə mövzularında Azərbaycanın ən tanınmış təlimçiləri Sənan Nəcəfov və Radil Fətullayev tərəfindən ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlərdə yüzlərlə gənc iştirak etmiş və bütün təlim iştirakçılarına Azərbaycanda ilk dəfə olaraq bu layihə çərçivəsində hazırlanan “Bədən Dili və Natiqlik Sənəti” adlı kitab hədiyyə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.